24 fevral 2016-cı il tarixində F.Köçərli adına Respublika Uşaq kitabxanasının böyük oxu zalında " Xocalı sızıldayan yaddaşımız " başlığı altında kitab sərgisi təşkil edildi . Sərgidə aşağıdakı müəlliflərin kitabları, həmçinin dövri mətbuatdan materiallar nümayiş olunurdu:
Elxan Elatlı " Cəhənnəmdən gələn səs ", Salatın Əhmədli " Başdaşı əhvalatı ", Sadir Məmmədov "Xocalı soyqırımı ", Leyla Əliyeva " Xocalıya ədalət", “Beynəlxalq Erməni terroruna qarşı yeni strateji model”, Əsli Xəlilqızı "Güllələnmiş uşaqlıq", S.Müslüm qızı “Onlar heç vaxt böyüməyəcəklər” və s. Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar “Xocalı -bütün Azərbaycan xalqının faciəsidir”, “26 fervral- Xocalı faciəsinin anım günüdür” mövzusunda söhbət aparıldı . Uşaqların hazırladığı şeirlər dinlənildi . Onların faciə ilə bağlı kitabxanaçıya ünvanladığı suallar cavablandırıldı . Gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi, düşmənə qarşı daim nifrət, öz xalqını, torpağını sevmələri kimi hisslər onlara aşılandı. Oxu zalının digər əməkdaşı Əsli Xəlilqızının “Güllələnmiş Uşaqlıq” kitabının icmalını keçirdi, faciə ilə bağlı oxuculara geniş məlumat verdi