23 aprel 2026-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında növbəti Müəllif saatı təşkil olunub.
Layihə çərçivəsində yazıçı Reyhan Yusifqızının 10 və 187 nömrəli tam orta məktəblərin şagirdləri ilə görüşü baş tutub. Görüş zamanı şagirdlər müəllifin yaradıcılığı ilə ətraflı tanış olub, onun qələmə aldığı əsərlər, mövzu dairəsi və yazıçılıq fəaliyyəti barədə geniş məlumat əldə ediblər. Yazıçı öz əsərlərinin yaranma tarixi, ideyası və obrazları barədə maraqlı faktlar bölüşüb, oxucularla səmimi ünsiyyət qurub.
Görüş zamanı əsərlər ətrafında müzakirələr aparılıb, şagirdlər oxuduqları kitablar barədə fikirlərini sərbəst şəkildə ifadə edib, onları düşündürən suallarla müəllifə müraciət ediblər. Bu interaktiv mühit şagirdlərin tənqidi düşünmə bacarıqlarının inkişafına, öz fikirlərini əsaslandırmaq vərdişlərinin formalaşdırılmasına müsbət təsir göstərib.
Görüş şagirdlərə həmçinin mütaliə vərdişlərini daha da inkişaf etdirmək, kitab oxumağın əhəmiyyətini dərk etmək və ədəbiyyata olan maraqlarını artırmaq üçün geniş imkan yaradıb. Tədbirin sonunda şagirdlər müəlliflə xatirə şəkilləri çəkdirib və kitablarını imzalatmaq imkanı əldə ediblər.
Müəllif saatı çərçivəsində keçirilən bu kimi görüşlər şagirdlərin dünyagörüşünün genişlənməsinə, onların ədəbiyyata marağının artmasına və kitabxana ilə məktəb arasında əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verir.