F.Köçərli adına Respublika Uşaq Kitabxanası Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “İrsi və dəyərləri ilə Heydər Əliyev” mövzusunda esse müsabiqəsi elan edib.
Müsabiqədə 12-16 yaş arasında məktəblilər iştirak edə bilərlər. Esselərin son göndəriş tarixi: 30 aprel 2025-ci il.
Respublika Uşaq Kitabxanası Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə “Türk dünyasının Bəxtiyarı” adlı şeir qiraəti müsabiqəsi də elan edib.
10-17 yaş arasında məktəblilər üçün müsabiqə iki mərhələdə – 12 may və 20 may tarixlərində kitabxanada keçiriləcək. İştirakçılar Bəxtiyar Vahabzadənin şeirini və ya poemasından bir parçanı əzbərdən qiraət etməlidirlər.
Hər iki müsabiqə haqqında ətraflı məlumat Respublika Uşaq Kitabxanasının saytının “Elanlar” bölməsində.