18 fevral 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasında “Yeni kitablarla tanış olaq” rubrikası çərçivəsində gənc kitabxanaçılar və BDU-nun istehsalat təcrübəsində olan tələbələri üçün növbəti kitab icmalı keçirilib. İcmalda yazıçı və psixoloq Rövşən Abdullaoğlunun “Ləpirçinin macəraları” seriasından olan “Xilaskar”, “İlk səfər”, “Meymunlarla saziş” və “Nəhəng ləpirin sahibi” adlı kitabları haqqında geniş məlumat verilib.
"Ləpirçinin macəraları" kitabları haqqında qeyd edilib ki, məqsədi oxucunu əyləndirərək düşündürmək və ən gözəl mənəvi dəyərləri aşılamaq olan bu seriya 6 kitabdan ibarətdir.
Seriyanın “Xilaskar” adlı kitabında gənc oxucular xəyanətin, qəddarlığın, paxıllığın, insanları zahiri xüsusiyyətlərinə görə dəyərlərdirməyin acı nəticələrini görəcək, heyvanlarla mərhəmətli davranmağı öyrənəcək, dostluq və sədaqətin, fədakarlığın necə gözəl bəhrə verməsinə şahid olacaqlar. “İlk səfər” kitabında gənc oxucular qəhrəman Lano ilə birlikdə doğma torpağa, xalqa bağlılığın vacibliyini anlayacaq, mərhəmətin düşmənçilik toxumlarını mhv edərək sülh yartdığını öyrənəcək, sonsuz şəfqətdən doğan gücün, heyvanla insanın böyük dostluğunun şahidi olacaqlar. “Meymunlarla saziş” kitabında gənc oxucular inadkarlığın, yersiz rəqabət hissinin insana necə zərər vurduğunu göstərəcək, bağışlamağı, yalnışa yol verərkən üzr istəməyi, çətinliklə üzləşdikdə ruhdan düşməyib çıxış yolu axtarmağı aşılayacaq. “Nəhəng ləpirin sahibi” kitabını isə gənc oxucuları canlılar aləminin rəngarəngliyi ilə tanış edir, onlara dostluqda vəfalı olmağı, canlılarla, xüsusən də özündən zəiflərlə mərhəmətli davranmağı, tanımadığı insanlar, anlamadığı hadisələr haqqında tələsik qərarlar verməməyi, səbirli davranmağın və müsbət düşünməyin faydalarını öyrədir. Sonda müəllifin böyük yaş kateqoriyası üçün yazdığı “Koramal”, “Bu şəhərdə kimsə yoxdur” və “Relslər üzərinə uzanmış adam” adlı kitabları haqqında da məlumat verilib.