• Az | Ru
    • О НАС
      • Наша история
      • Структура
        • Руководство
        • Отделы
        • Филиалы
      • Для детей с ограниченными возможностями
      • Наши проекты
      • Правила Пользования
      • Фотогалерея
      • Видео галерея
      • СМИ
      • Журнал «Радуга»
      • Oтчеты
      • Архив
    • НОВАЯ ЛИТЕРАТУРА
      • Новые книги
        • Наши издания
        • Реставрация
      • Электронные книги
        • На азербайджанском языке
        • На других языках
        • Золотой фонд
          • Литература
          • Фонотека
    • БИБЛИОГРАФИЧЕСКИЕ УСЛУГИ
      • Информационная библиография
        • Библиографические указатели
        • Полнотекстовые библиографические указатели
        • Слайды
      • Национальная литература
        • Рекомендуемая библиография
      • Научная методология
        • Методические пособия
        • Знаменательные дни
    • МУЛЬТИМЕДИА
      • Виртуальная выставка
      • Аудиокниги
        • Аудио книги
        • Сказки, рассказы, стихи
        • Анекдоты для детей
        • Учебники
      • Мультфильмы
      • Детские песни
    • КОНТАКТЫ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “İrsi və dəyərləri ilə Heydər Əliyev” adlı esse müsabiqəsinin yekun mərhələsi keçirilib
    14-05-2025 14:52:00

    14 may 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə 12-16 yaşlı məktəblilər arasında “İrsi və dəyərləri ilə Heydər Əliyev” mövzusunda esse müsabiqəsinin yekun mərhələsi baş tutub. Müsabiqəyə Bakı şəhəri və digər bölgələrdən bir sıra ümumtəhsil məktəblərinin şagirdləri esselərini təqdim ediblər.

    Aprelin 15-də elan olunmuş müsabiqəyə ümumilikdə 60 məktəb müraciət edib, yalnız 20 məktəb müsabiqə şərtlərini müvəffəqiyyətlə yerinə yetirərək yekun mərhələyə keçid edib. 32 şagird təqdim etdiyi esse ilə bu mərhələdə iştirak etmək hüququ qazanıb.

    Yazı müsabiqəsinə təqdim olunan esselərdə iştirakçılar Heydər Əliyevin Azərbaycanın inkişafında həyata keçirtdiyi misilsiz rol, onun dövlətçilik fəlsəfəsi və milli irsin qorunması istiqamətində gördüyü əvəzsiz işlər barədə dərin fikirlərini qələmə alıblar. Şagirdlərin yazılarında Ulu Öndərin parlaq şəxsiyyəti, uzaqgörən siyasəti və Azərbaycan xalqı üçün əvəzolunmaz xidmətləri böyük ustalıqla təsvir olunub. 

    Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra kitabxananın əməkdaşı tərəfindən Heydər Əliyevin həyat və fəaliyyətindən, onun xalqımız üçün əvəzsiz xidmətlərindən bəhs edən geniş məruzə təqdim edilib.

    Müsabiqənin nəticələrinə əsasən, I yerə İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın şagirdi Mikayıllı Ləman, II yerə 247 saylı tam orta məktəbin şagirdi Fəttahova Fidan, III yerə isə XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin şagirdi Bəhruzlu Əzizə layiq görülüblər. Qaliblər “Böyük Azərbaycanlı” və “Lider” adlı kitablarla, diplomlarla və müxtəlif hədiyyələrlə təltif olunublar. Eyni zamanda, müsabiqədə iştirak edən digər şagirdlər də fəallıqlarına görə təşəkkürnamələr, kitablar və “Göy Qurşağı” uşaq jurnalı ilə mükafatlandırılıblar.

    Həmçinin tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olunub, iştirakçıların esseləri əsasında virtual istifadəçilər üçün hazırlanan elektron - məlumat baza təqdim edilib.

    Müsabiqənin məqsədi yeniyetmələr arasında Heydər Əliyevin zəngin irsini və milli dəyərlərə verdiyi töhfəni daha da dərindən tanıtmaq, onların fikirlərini ifadə etməyə imkan yaratmaqdır.

    О НАС

    • Наша история
    • Руководство
    • Отделы
    • Филиалы
    • Для детей с ограниченными возможностями
    • Наши проекты
    • Правила Пользования
    • Фотогалерея
    • Видео галерея
    • СМИ
    • Журнал «Радуга»
    • Oтчеты
    • Архив

    НОВАЯ ЛИТЕРАТУРА

    • Наши издания
    • Реставрация
    • Литература
    • Фонотека
    • На азербайджанском языке
    • На других языках

    БИБЛИОГРАФИЧЕСКИЕ УСЛУГИ

    • Библиографические указатели
    • Полнотекстовые библиографические указатели
    • Слайды
    • Рекомендуемая библиография
    • Методические пособия
    • Знаменательные дни

    Адрес:

    • г. Баку, ул. С.Вургуна 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft