F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “2021-ci il - Nizami Gəncəvi ili” çərçivəsində keçirdiyi “Dünyada söz olmasa, nəyə gərək düşüncə” adlı Festivalın “Söz mülkünün ustadı” adlı ailəvi onlayn viktorinanın suallrını təqdim edirik. Xatırladaq ki, sualların cavabları vaxt bitdikdən – 15.30-dan sonra 10 dəqiqə ərzində göndərilməlidir.
Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş ailəvi onlayn viktorinanın sualları
1. Şairin əsl adı nədir?
2. Şair niyə “Nizami” sözünü ləqəb kimi seçmişdir?
3. Qeyd edək ki, UNESCO-nun qəbul etdiyi tarixə əsasən şairin doğum tarixi kimi 1141-ci il qəbul olunmuşdur. Bəs, şair bu tarixə hansı poemasında işarə etmişdir?
4. Nizaminin yaşadığı dövrdə Gəncə şəhəri, 1077-1307-ci illərdə mövcud olmuş hansı imperiyanın hakimiyyəti altında olmuşdur?
5. Şair “Yeddi gözəl” poemasını kimə ithaf etmişdir?
6. Nizami Gəncəvinin həyat yoldaşı Afaq ona kim tərəfindən hədiyyə olunmuşdu?
7. Nizami Gəncəvi hansı əsərlərini həvəsnamə adlandırmışdır?
8. “Sirlər xəzinəsi” hansı janrda yazılmışdır?
9. “Sirlər xəzinəsi” poemasının əsas ideya və mövzusu nədən ibarətdir?
10. “Xəmsə” hansı müəlliflər tərəfindən Azərbaycan dilinə tərcümə olunmuşdur?
11. “Süleyman peyğəmbərlə qoca əkinçinin hekayəti” hansı poemadandır?
12. “Xosrov və Şirin” poeması nə vaxt yazılıb, kimə ithaf edilib və şairin neçənci poemasıdır?
13. “Xosrov və Şirin” dastanını ilk dəfə kim nəzmə çəkmişdir?
14. Nizami ədəbi məktəbinin davamçılarından kimləri tanıyırsınız?
15. Nizaminin “Leyli və Məcnun” poemasının ilk elmi-tənqidi mətni kim tərəfindən yazılmışdır?
16. Nizami Gəncəvinin dördüncü poeması hansıdır və kimə ithaf olunmuşdur?
17. “Yeddi gözəl” poeması hansı vəzndə yazılmışdır və neçə beytdən ibarətdir?
18. “Yeddi gözəl” poemasının tənqidi mətni kim tərəfindən hazırlanmış və harada nəşr edilmişdir?
19. “İsgəndərnamə” Nizami Gəncəvinin “Xəmsə” toplusunun neçənci poemasıdır və hansı illərdə yazılmışdır?
20. Nizaminin hansı əsəri ideal cəmiyyət quruluşunun təsvirilə kuliminasiya nöqtəsinə çatır, hətta Nizaminin öz ölümü təsvir edilir?
21. İskəndər bir sərkərdə kimi hansı hökmdarlar üzərində qələbə çalır?
22. Nizaminin hansı poemasında yazılan beytə istinadən Nizaminin mərkəzi İrandakı Qum şəhərində doğulması iddia edilir?
23. Nizami Gəncəvidən sonra Şərqdə ana dilində "Xəmsə" yaradan şair kimdir?
24. Mir Cəlal Paşayev “İki rəssam” hekayəsini Nizaminin hansı poeması əsasında yazmışdır?
25. İsgəndərin “daş-qaş yeyilərmi?” sualına Nüşabə necə cavab verir?
26. “İsgəndərlə çobanın hekayəsi” və “Çobanla üzüyün dastanı” adlı hekayələrdəki çoban surəti hansı əsərdə verilmişdir?
27. “İsgəndərnamə” poesması nə vaxt yazılıb və kimə ithaf olunub?
28. Kim Nizami İskəndərnaməsini “həm məzmun gözəlliyinə, həm də ifadə gözəlliyinə malik olan nəzm” adlandırırdı?
29. “Nizami kimi fəsih, rəvan təb və şirin zəban şair dünya üzünə az gəlibdir.” fikrinin müəllifi kimdir?
30. Nizamiyə “Həmdünyan” adlı kəndi bağışlayan kim idi?
31. Nizami Gəncəvinin abidəsi İtaliyada neçənci ildə qoyulmuşdur?
32. 1949-cu ildə Bakıda ucaldılmış Nizami Gəncəvi heykəlinin postamentində quraşdırılmış, rəssam Qəzənfər Xalıqovun eskizləri hansı poemaya həsr olunmuşdur?
33. 1979-cu ildə hansı rəssamın rəsmləri əsasında Bakı metropoliteninin Nizami metrostansiyasının yeraltı zalında Nizami Gəncəvinin əsərləri mövzusunda 18 mozaika kompozisiyası işlənmişdir?
34. Şairin Gəncə şəhərində yerləşən Xəmsə bağındakı heykəli hansı heykəltəraş tərəfindən hazırlanmışdır?
35. Neçənci ildə və harada “Xəmsə” heykəltəraşlıq kompozisiyasının açılışı olmuşdur?
36. Bakıda ucaldılan Nizami Gəncəvi heykəlinin müəllifləri kimdir?
37. Nizami Gəncəvinin heykəli hansı şəhərlərdə var?
38. “Sənsiz “ musiqisinin müəllifi kimdir?
39. “Xosrov və Şirin” operasının musiqisini kim bəstələyib?
40. 1943-cü ildə dahi şairin xatirəsinə həsr olunan “Gülüm” romans – qəzəlinin müəllifi kimdir?
41. Aşağıdakı sözlər Nizaminin hansı qəhrəmanına məxsusdur?
Erkək tinətliyəm, olsam da qadın,
Hər işi bəllidir mənə dünyanın.
Mən də bir aslanam, düşünsən bir az,
Aslanın erkəyi, dişisi olmaz.
42. “Leyli və Məcnun”poemasını yazarkən, oğlu Məhəmmədin neçə yaşı vardı?
43. “Leyli və Məcnun” əsəri kim tərəfindən tərcümə olunmuşdur?
44. Nizami öz həyatı ilə bağlı faktları ilk dəfə hansı əsərində vermişdir?
45. Nizaminin hansı poemasının girişindən məlum olur ki, şairin lirik şeirlərdən ibarət “Divan”ı varmış?
46. Azərbaycan ədəbiyyatında vahid süjet xəttinə və vahid baş qəhrəmanlara malik olan ilk poema hansıdır?
47. Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından olan “Xeyir və Şər” hekayətini hansı qız danışır?
48. Nizami Gəncəvi “ Xəmsə“sinin təsiri altında ilk dəfə “Xəmsə” yaradan şair kimdir?
49. İskəndərnamə əsərinin “İqbalnamə” hissəsi kimə həsr olunmuşdur?
50. XIV əsr hansı Azərbaycan şairi ilk dəfə Nizami tərəfındən epik şeirdə canlandırılan Fərhadı əsas qəhrəman götürərək özünün "Fərhadnamə" poemasını yazmışdır?