Respublika Uşaq Kitabxanası şair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycan uşaq ədəbiyyatının banisi Abdulla Şaiqin 140 illik yubileyinə həsr olunmuş virtual sərgini istifadəçilərin ixtiyarına verdi.
Virtual sərgidə yer alan kitablar 1927-2018-ci illəri əhatə edir. Sərgiyə ümümilikdə tam mətnli 41 kitab yerləşdirilib. Onlardan 20-si 1927-1994-cü illəri əhatə edən kitabxananın "Qızıl fond"unda qorunub saxlanılan kitablardır.
Qızıl fondda yerləşdirilmiş kitablar arasında «Tülkü həccə gedir» (1927); «Gözəl вahar” (1940); «Nağılla” (1945) və s. kitablarda yer alır.
Eyni zamanda virtual sərgiyə rus dilində 4 kitablarda əlavə olunub: “Paссказы” (1991); “Вот мы какие” (1984); «Избранное» (1959); «Письмо не дошло» (1984).
İstifadəçilər aşağıdakı link vasitəsi ilə virtual sərgi ilə tanış ola bilərlər.
https://clb.az/arxiv2021/abdulla-aiq_d3088.html