"Evdə qal, intellektdən qalma" ailəvi viktorinanın qalibi artıq məlumdur. Orucovlar ailəsi (Tərlan Orucova (valideyn), Aydan Oruczadə, Əvəz Oruczadə (övladlar)) suallara ən çox doğru cavab verərək qalib olublar.
Düzgün cavablar
K.Kollodi
Kapuletti
Uzuncorab Peppi
Begemot
Manas
Orxan Pamuk
Fil Xatxi
“Şah İsmayıl” operası
Den Braun
Üzeyir Hacıbəyli
Sarı mətbuat
Brayl əlifbası ilə
Tofiq Tağızadə
Rəşid və Zərifə
Rasim Ocaqov
“Ulduzlar sönmür”
İsmayıl Dağıstanlı
Cəfər Cabbarlı
Soltan Hacıbəyov
3-4
Polad Bülbüloğlu, aktrisa Həmidə Ömərova
Pianoçular
Çitra baletinə görə
İtaliyada
Əcəmi Naxçıvani
Fikrət Əmirov
Tahir Salahov
Quruçay
I Xəlilullah
Daşkəsən
Qırğızıstanda
Halikarnas mavzoleyi və Artemida məbədi
Corc Everest
Şəki Xan Sarayı
Qulliveri
Adrianapol
Azərbaycan
Van gölü
Kipr
İkibaşlı qartal
Sparta
Kosta-Rika
Nil
Lissabon
Macarıstanda
Xudadat bəy Məlikaslanov
Xoşbəxt Yusifzadə
Fil ili
Cinlər
1945 ci ildə Nyu Yorkda
***
23.04.2020
Hörmətli oxucular!
Elan etdiyimiz “Birlikdə düşünək, birlikdə tapaq” devizi ilə keçirdiyimiz "Evdə qal, intellektdən qalma" ailəvi viktorinanın suallarını təqdim edirik. Sualların cavablandırılması üçün 1 saat vaxtınız var. Cavabları saat 15.00-a kimi info@clb.az, ushaqkitabxanasi@gmail.com, childlibbaku@yahoo.com ünvanlarına göndərməlisiniz. Cavabları ən tez göndərən ailə qalib elan ediləcək və sosial şəbəkələrdəki hesablarımız vasitəsi ilə elan olunacaq.
1. “Pinokkionun macəraları” povestinin müəllifi kimdir?
2. V.Şekspirin “Romeo və Culyetta” romanında Romeonun soyadı Montekkidir, bəs Culyetanın?
3. Astrid Lindqrenin hansı qəhrəmanının adı kitabın adı ilə eynidir?
4. M.Bulqakovun “Master və Marqarita” povestində pişiyin adı necə idi?
5. Qırğız milli eposu necə adlanır?
6. “Ağ qala”, “Qara kitab”, “Mənim adım qırmızı” kitablarının müəllifi kimdir?
7. “Mauqli” əsərində hansı heyvan su sülhünü elan edə bilərdi?
8. Müslüm Maqomayevin ilk operası necə adlanır?
9. “Mələklər və şeytanlar” romanını kim yazıb?
10. İlk simli kvartetin, ilk dövlət xorunun, ilk xalq çalğı alətləri orkestrinin yaradıcısı kimdir?
11. Sensasiya məqsədilə qalmaqallı məlumatlar dərc edən dövri nəşrlər necə adlanır?
12. 1837-ci ildə çap edilmiş “Fransa tarixi” kitabı hansı şriftlə çap edilmiş ilk kitab hesab olunur?
13. “Dədə Qorqud” filminin rejissoru kimdir?
14. “Sehrli xalat” filmində gələcəyə uçan pionerlərin adları?
15. “Tütək səsi” filminin rejissoru kimdir?
16. Nəriman Nərimanovun həyat və fəaliyyətini əks etdirən film necə adlanır?
17. “Mahnı dağlarda qaldı” pyesində Böyük Bəy roluna görə Respublika Dövlət mükafatı ilə təltif olunmuş aktyor kimdir?
18. “Azad bir qusdum ...” mahnısının sözləri kimə məxsusdur?
19. “Karvan” simfoniyasının bəstəkarı kimdir?
20. Sonatada neçə hissə var?
21. “Qorxma mən səninləyəm” filminin bəstəkarı kimdir və baş qadın rolunu hansı aktrisa ifa etmişdir?
22. Y.Semyonovun “Baharın on yeddi anı” filmində kəşfiyyatçı radistləri necə adlandırırdılar?
23. Bəstəkar Niyazi hansı baletinə görə Hindistanın Cəvahirləl Nehru beynəlxalq mükafatını alıb?
24. İlk teatr maskası harada yaranıb?
25. “Möminə Xatun” türbəsinin memarı kimdir?
26. “Kor Ərəbin mahnısı” hansı bəstəkarın bədii təxəyyülünün məhsuludur?
27. Rostropoviçin portretini çəkən rəssam?
28. “Susay” adlanan hansı çay Quba və Xaçmazdan keçməklə Xəzər dənizinə tökülür?
29. Şirvanşahlar sarayı hansı hökmdarın əmri ilə tikilmişdir?
30. Azərbaycanın hansı rayonu 1956-cı ilə qədər Dəstəfur adlanırdı?
31. Süleyman dağları harada yerləşir?
32. Dünyanın yeddi möcüzəsindən hansıları Türkiyə ərazisində yerləşir?
33. Nepal dilində Saqarmatxa adlanan hansı zirvəyə ingilis topoqrafının soyadı verilmişdir?
34. Azərbaycanda 1762-ci ildə inşa edilmiş hansı abidəyə bir dənə də olsun mismar vurulmamışdır?
35. Yerli əhali kimi Kuinbus Flestrin - “Dağ adam” adlandırırdı?
36. Ədirnə şəhərini yunanlar necə adlandırırdı?
37. BMT-nin baş qərərgahı qarşısında Avstriya və Baham adalarının bayraqları arasında hansı ölkənin bayrağı dalğalanır?
38. Türkiyənin ən böyük gölü hansıdır?
39. Hansı dövlətin bayrağında yerləşdiyi adanın silueti təsvir olunub?
40. Rusiya Federasiyasının gerbini hansı qeyri adi quş bəzəyir?
41. Qorxu hissinə heykəl qoyulan qədim yunan şəhəri hansıdır?
42. Hansı Latın Amerika ölkəsinin ispancadan tərcüməsi “varlı sahil”
43. Afrikada ən uzun çay hansıdır?
44. Portuqaliyanın paytaxtı hansı şəhərdir?
45. Papa şəhəri hansı ölkədə yerləşir?
46. Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu yollar naziri kim olmuşdur?
47. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olmuş bu şəxs kimdir?
48. Məhəmməd Peyğəmbərin(s.ə.) doğulduğu il ərəb tarixşünaslığında necə adlanır?
49. Quranda deyilənə görə tüstüsüz oddan xəlq edilmişlər - kimlərdir?
50. BMT neçənci ildə və harada yaranmışdır?