18 may 2018- ci tarixində, F.Köçərli adına Respublika Uşaq Kitabxanası Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə Paşa Nəzərov adına 60 saylı tam orta məktəbdə icmal sərgi təşkil etdi. Tədbirdə, şagirdlər və müəllim heyəti iştirak edirdi. Tədbir çərçivəsində, kitabxananın Məlumat və Biblioqrafiya şöbəsinin müdiri Sevil Əhmədova tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları və onun tarixi haqqında ətraflı məlumat verdi. Sonra, 70- dən çox kitab və dövrü mətbuat materiallarının nümayiş olunduğu sərgiyə baxış keçirildi. Qeyd edək ki, sərginin təşkil olunmasında əsas məqsəd, məktəbliləri Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı kitabxanada olan materiallarla tanış etmək və onları maarifləndirmək idi.