Zamanı necə yeyək

Abdullaoğlu, Rövşən. Zamanı necə yeyək / R. Abdullaoğlu ; burax. məsul Ş. İxtiyaroğlu ; red.: S. Məmmədova [et al.]. - 6-cı nəşr. - Bakı : Qədim Qala, 2023. - 184 s.

Antik dövrlərdə “Əlkimya” adlanan qəribə bir elm sahəsi vardı. Kimyagərlər adi metalları qızıla çevirməyi mümkün edən sirli bir maddənin formulunu hazırlamaq istəyirdilər. Qədim yunanlardan sonra ərəblər və orta əsr qərb kimyagərləri də uzun müddət bu sehirli formulun axtarışında oldular. Ancaq onların tədqiqatları heç bir nəticə vermədi. Əslində bütün kimyagərlərin axtardıqları kimya heç bir zaman onlardan gizli qalmamışdı. Bu kimya onların diqqət etmədikləri sadə bir şeydən ibarət idi: Zaman. Zamanı idarə edən həqiqi kimyaya sahib olmuş olur. Bu kitab da məhz bu məsələyə həsr olunmuşdur. Həmçinin kitabda taym-menecment mövzularında əldə edilmiş ən son elmi nailiyyətlər, sınanılmış düsturlar əsasında qələmə alınıb. Öz zamanınızın- həyatınızın hakimi olmağın yolu bu qaydaların tətbiqindən keçir.