Türklər tarixdən əvvəl

Süleymenov, O. Türklər tarixdən əvvəl: Qədim türk dillərinin və yazılarının mənşəyi haqqında / Oljas Süleymenov; rus dil. tərc. ed. N. Zöhrabi; red. X. Fərziyev. - Bakı: Teas Press, 2016. - 317, [2] s.: cədv., sxem., 21 sm.

Slavyan və türk dilləri uzun illər boyunca bir-birindən ayrı surətdə, əlahiddə şəkildə tədqiq edilib. Bu kitabda isə bir-biri ilə tarixən sıx ünsiyyətdə olan iki mədəniyyətin kökləri, slavyan və türk etnoslarının qarşılıqlı əlaqədə inkişafı haqqındakı elmi-nəzəri fikirlər yer alır. Dillərin təşəkkülünün ilkin dövrlərində qrammatik normaların birgə işlənib hazırlanmasına, leksik materialların, morfoloji sxemlərin və vasitələrin fəal qarşılıqlı mübadiləsinə dair dəyərli məlumat və mülahizələr də əsərdə öz geniş əksini tapır.