Tanrının təbəssümü

Süleymenov, O. Tanrının təbəssümü: şeirlər toplusu /O. O. Süleymenov; rus dilindən tərc. ed. C. Novruz, A. Əhmədgil; red. E. Zal. - Bakı: Teas Press, 2016. - 264 s.

Qazaxıstanın xalq yazıçısı, ədəbiyyatşünas, şair, ictimai-siyasi xadim, diplomat Oljas Süleymenovun yaradıcılığı həmişə öz zənginliyi, tarixiliyi və novatorluğu ilə seçilmişdir. Şairin "Tanrının təbəssümü" adlı şeirlər toplusu tarixi faktlardan qaynaqlanan bədiyyatın canlı, orijinal təcəssümüdür. Müəllifin burada yer alan şeirləri fəlsəfi düşüncələrin unikal təsviri, dini, ictimai baxışların özünəməxsus ifadəsi nöqteyi-nəzərindən mükəmməl tablo yaratmışdır.