Tanrı mənimlə danışdı

Keddi, E. Tanrı mənimlə danışdı / Eylin Keddi; tərc. ed. V. Ərəbov. - Bakı: Teas Press, 2019. - 336 s. : rəngli foto. 

Bu kitabda verilmiş mesajlar bizdən həyat prosesinə, yaşayışa tam etibar etməyimizi diləyir: Tanrıya inanaq, kainata, ruha, sevgiyə və ilahi adlandırdığımız hər şeyə inanaq... İnsanlar bu həqiqəti birmənalı olaraq təsdiq edirlər ki, hər şeydə özünəməxsus olan zəka və ağıl var və bunlara daxilən nüfuz etməklə onlarla ünsiyyətə girmək olar. Bizim hər birimiz bunu edə və yenə də oradan Tanrının astadan dediyi sözləri eşidə bilərik.