II Nikolay. Sonuncu çar

Peterson, M. II Nikolay. Sonuncu çar: ingilis dilindən tərcümə / Maykl Paterson; tərc. ed. Z. Türksoy. - Bakı: Teas Press, 2018. - 324 s. 

Rusiya tarixində ən əlamətdar hadisənin - çarizmin devrilməsinin mahiyyətini anlamaq üçün sonuncu çar II Nikolayın (1868-1918) bioqrafiyası çox mühüm mənbədir. Bu kitabda hər şeydən - eşq-məhəbbətdən, faciədən, yüksəlişdən, süqutdan, cah-calaldan, səfalətdən, bəşər övladının acizliyindən, Rusiyanı, eləcə də bütün dünyanı silkələyən, təkcə çar üsul-idarəsini məhv etməklə kifayətlənməyib Avropa monarxiyalarının parlaq dövrünə son qoyan qlobal fəlakətdən bəhs edilir.