Dəyişən dünyanın rəssamı

İşiquro, K. Dəyişən dünyanın rəssamı: roman / Kazuo İşiquro; ingilis dil. tərc. ed. K. Nəsibova. - Bakı: Teas Press, 2018. - 344 s. : foto. - (Top - 10 Bestsellerlər arasında).

1948-ci il. Yaponiya İkinci Dünya müharibəsi kabusundan sonra yavaş-yavaş özünə gəlməyə çalışır, şəhərlərini bərpa edir, insanlar məğlubiyyəti unudub gələcəyə boylanmağa çalışır. Dövrünün məşhur rəssamı olmuş Masuci Ono indi günlərini ailəsinə və evinə həsr etməklə keçirir: bağına qulluq edir, evində təmir işləri aparır, iki böyük qızı və nəvəsi ilə vaxt keçirir, axşamlar isə sakit və yarımqaranlıq barların birində köhnə dost-tanışları ilə içki içir... Əslində, Masuci indi sakit, dinc bir ahıllıq həyatı sürməlidir, lakin xatirələr ona rahatlıq vermir. Xəyalları tez-tez keçmişə səyahət edir: yapon militarizminin dərindən yaraladığı həyatını və karyerasını xatırlayır. Və keçmişində yaşananlar onun sakit həyatına qara bulud kimi çökür.