Arif Məlikov: tarix və müasirlik

Baxşiyeva-İbrahimova, Aytən.Arif Məlikov: tarix və müasirlik : Bəstəkarın kamera-instrumental və kamera-vokal musiqisi əsasında / A. Baxşiyeva-İbrahimova ; baş red.: F. Ş. Bədəlbəyli, N. M. Cabbarlı ; elmi red., ön söz Z. H. Qafarova ; rəy.: Ü. Əliyeva, A. Məmmədova ; bur. məsul R. Kazımov ; dizayn. A. Abdulzadə ; red.: N. Qasımzadə, T. Rüstəmova ; tex. red. S. Yusifova ; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. - Bakı : Şərq-Qərb, 2020. - 312 s.

Təqdim olunan kitabda Arif Məlikovun yaradıcılığının erkən və yetkin dövrlərində meydana gəlmiş kamera-instrumental və kamera-vokal əsərlərin kompeksli təhlili və obrazlı-emosional icmalı verilir. Burada fortepiano prelüdləri, pyesləri, "Ötəri anlar" silsiləsi, "Təzadlar" fortepiano pyesi, iki royal üçün skerso, solo violin üçün sonata, violin və fortepiano üçün skerso, Nazim Hikmətin sözlərinə bəstələnmiş üç romans silsiləsi, Almas İldırımın sözlərinə yazılmış "Azərbaycan" balladası nəzərdən keçirilmişdir. Kitabın ikinci hissəsinə bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş məqalələr daxil olunub. Nəşrin sonuncu bölməsində Arif Məlikovun məzunlarının ürək sözləri və xatirələrinə yer verilib. Əlavəyə bəstəkarın əsərlərinin siyahısı daxildir. Kitab həm professional musiqiçilər, həm də geniş oxucu kütləsinə ünvanlanıb.