Şahzadə Eduard adasının qızı Anni

Montqomeri, Lyusi Moud. Şahzadə Eduard adasının qızı Anni / L. M. Montqomeri ; tərc.ed. G. Qasımova ; red.: Ə. Rzazadə, F. Hüseynova ; ill. R. Həsənzadə. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2017. - 312 s.

Kanadalı yazıçı Lyusi Moud Montqomerinin "Şahzadə Eduard adasının qızı Anni" əsərinin qəhrəmanı Anni qəsəbədən tanıdığı Priskilla Qrant, Gilbert Blit və Çarli Slonla birlikdə Redmond universitetində ali təhsil almaq üçün Avonlini, çox sevdiyi Qrin Qeyblz malikanəsini tərk edir. Burada keçirdiyi 4 illik tələbəlik dövründə baş verənlər, yeni tanışlar onun həyatını dəyişdirir. Anni də bütün gənc qızlar kimi həmişə xəyalını qurduğu romantik evlilik təklifi alır. Amma heç də hər şey onun gözlədiyi kimi olmur. Nəhayət, o, arzuladığı şahzadə ilə - romantik, yaraşıqlı və varlı ailədən olan Royal Qardnerlə tanış olur. Görəsən, bu tanışlıq hamının gözlədiyi kimi evliliklə bitəcəkmi? Anninin hiss etdiyi boşluğu Royun sevgisi dolduracaqmı?