Cek Templer və şeytanların lordu

Qunhus, Ceff. Cek Templer və şeytanların lordu / C. Qunhus ; tərc.ed. G. Qasımova ; red. F. Cəfərov. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2016. - 238 s.

Əllərində iki Qüds daşı olan Cek Templer və dostları növbəti daşların ardınca mümkün qədər sürətlə getməlidirlər. Zaman onların əleyhinə işləyir, çünki Ren Lukre və ordusu güc yığmaqda davam edir. İndi qrup üzvlərindən ikisinin damarlarından Kreç qanı axır. Ona görə də dostlar əvvəllər heç vaxt rast gəlmədikləri sınaqdan keçməli olacaqlar. Əgər dostlar yeraltı dünyaya səyahətdən və kinli Şeytanların Lordu ilə döyüşdən sağ qurtulmağa ümid edirlərsə, mütləq birləşməlidirlər. Dünyanın taleyi tükdən asılıdır...