Əfsanənin nağılları

 Rəhimli, Əfsanə. Əfsanənin nağılları = Afsana`s tales / Ə. Rəhimli ; red. S. Hüseynli ; tərc. ed. C. Abbasov ; rəs. İ. Məmmədov. - Bakı : EVEREST, 2023. - 68 s.

Əfsanə Rəhimli bu kitabı ilə oxuculara sirli-sehrli nağıllar aləminə maraqlı, xoş bir səyahət vəd edir. Kitabda toplanan nağıllarda tariximizə müasir baxış da, keçmişimizə ehtiram hissi də öz əksinin tapıb. Müəllif bu nağıllarla biliyin, mütaliənin önəminə də, təbiətə, canlı aləmə həssas, qayğıkeş münasibətin vacibliyinə də diqqət çəkir. Kitabdakı nağıllar formaca yığcam və oxunaqlı, məzmunca maraqlı və mənalıdır. Bülbül və Xarı Gül, Alma və Çiyələk qız, Balaca Adam, Dəniz qızı kimi sevimli, yaddaqalan obrazla təqdim edən Ə. Rəhimli beləliklə oxucularına, gələcəyimiz olan uşaqlara dərin və geniş düşüncə tərzi, incə duyğular, nəcib hisslər aşılamağa çalışır.