Ağ kəpənəkli çətir

Həsənzadə, Fərid. Ağ kəpənəkli çətir / F. Həsənzadə ; naşir T. B. Axundov ; red. S. Nuruqızı ; tərc.ed. N. Yousefi ; rəs. G. Bigdelu. - Bakı : Təhsil, 2022. - 32 s.

Saatın əqrəblərinə bax! Yeni ilə düz iki saat qalıb. Ərdəlan hələ də bərbərxanadadır. İki saatdan sonra Yeni il gəlir. Atusa hələ də Şirin xanımın evinin qapısının qarşısındadır. İki saatdan sonra Yeni il gəlir. Məryəm işıqforun arxasında dayanıb, güllərini hələ də satmayıb.