Azərbaycan nağılları

Azərbaycan nağılları : 5 cilddə / red. F. Şirinova ; rəs. İ. Səfərli. II cild. - Bakı : Turan Nəşrlər Evi, 2001. - 320 s.

 

Beş cilddən ibarət nağıllar seriyasının ikinci cildinə xalqımızın zəngin təxəyyülünün məhsulu olan sehrli nağıllar daxil edilmişdir. Uzaq keçmişimizdən xəbər verən bu nağılları oxuduqca əcdadlarımızın məişəti, yaşayış tərzi ilə tanış olacaq, əfsanəvi qəhrəmanların, bədheybət divlərin, tilsimli qəsrlərin sehrli aləminə düşəcək, xeyrlə şərin əbədi mübarizəsinin şahidi olacaqsınız.