Nizami Gəncəvi. Xəmsədən hekayələr / Nizami Gəncəvi ; bur. məsul Ə. Aslanoğlu ; məsl. M. Cəfərli ; red. Z. Şahsevənli ; dizayn. M. Əziz ; çevirən N. Cəfərzadə ; Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu. - Bakı : Nurlar , 2021. - 200 s.
Azərbaycan ədəbiyyatının təkrarolunmaz nümayəndəsi Şeyx Nizami Gəncəvi dünyaya öz adına layiq bir xəzinə – "Xəmsə" toplusunu miras qoymuşdur. Nizami "Xəmsə"də yer verdiyi hekayə və əhvalatlarla cəsarəti, hünəri, mərdliyi, doğruluğu tərif etməklə yanaşı, xəyanəti, yalanı, zülmü, acgözlüyü, ədalətsizliyi tənqid edir, hər kəsə ibrət dərsi verəcək gücdə bir-birindən parlaq nümunələr sərgiləyir. Daim haqqa, ədalətə, doğruluğa səsləyən mütəfəkkir-şair bu hekayələrində insanları qəflət yuxusundan oyanmağa, mənəviyyata, şəfqətə və sevgiyə çağırır. Daha geniş oxucu kütləsinə xitab etməsi üçün, kitabımızda yer alan hekayələrin dili sadələşdirilərək nəsrə çevrilmişdir.