Seçmə hekayələr

Məlikzadə, İsi Abbas oğlu. Seçmə hekayələr / İ. A. Məlikzadə ; tərt.ed., red. E. Astanbəyli ; tex. red. R. Nəbiyev ; dizayn. L. Bəşirova. - Bakı : Altun Kitab, 2019. - 240 s.

İsi Məlikzadə XX əsr Azərbaycan kəndlisinin və ziyalısının parlaq obrazlarını yaratmış ustad nasir sayılır. Onun əsərlərini oxuduqda qəhrəmanların və hadisələrin "göydən düşmədiyini", real hıyatdan götürüldüyünü görməmək mümkün deyil. Bu isə həmin əsərləri daha maraqlı və oxunaqlı edir. Sizə təqdim olunan bu kitabda görkəmli yazıçının "Qatarda", "Evin kişisi", "Gümüşgöl əfsanəsi", "Talisman", kimi bir-birindən maraqlı hekayələri toplanıb. Həmin hekayələr yalnız qəhrəmanları, süjetləri ilə oxucu diqqətini cəlb etmir, həm də dilimizin şirinliyini, zənginliyini əks etdirir.