Saqqallı uşaq

Məmmədquluzadə, Cəlil Hüseynqulu oğlu. Saqqallı uşaq : Hekayələr / C. H. Məmmədquluzadə ; ill. R. Həsənzadə. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2019. - 435 s.

Azərbaycanda ilk satirik jurnal olan "Molla Nəsrəddin" məcmusunun naşiri, dahi yazıçımız Cəlil Məmmədquluzadənin "Saqqallı uşaq" kitabında ədibin satirik hekayələri toplanıb. Dövrünün problemlərini, cəmiyyətin eybəcərliklərini, qüsurlarını acı gülüşlə ifşa edən Cəlil Məmmədquluzadə öz əsərlərində satiranın dili ilə xalqın tərəqqisinə əngəl olan dərdləri "qamçılayırdı". O, Azərbaycan xalqı üçün elmdən başqa nicat yolunun olmadığını var gücü ilə car çəkirdi. Yazıçının milli istiqlal arzuları Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra gerçəkləşdi.