Kral Matiuşun sərgüzəştləri

Korçak, Yanuş. Kral Matiuşun sərgüzəştləri / Y. Korçak ; red. E. Astanbəyli ; tərc ed. A. Abdullayev ; rəs. E. Cabarov ; dizayn. L. Məmməd. - Bakı : Altun Kitab, 2023. - 160 s.

 Yanus Korçak görkəmli yazıçı olmaqla yanaşı, məşhur pedaqoq idi. Təhsildə humanizm ideyasının banisi sayılan Korçak öz həyatını son nəfəsinədək uşaq hüquqlarının qorunmasına həsr etmişdi. O öz şagirdləri ilə birlikdə faşistlərin ölüm düşərgəsində dünyasını dəyişmişdi, halbuki düşərgəni tərk etmək üçün Korçakın əlinə bir neçə dəfə fürsət düşmüşdü. Ancaq yazıçı şagirdlərini tək qoymamaq üçün hər dəfə bundan boyun qaçırmışdı. Korçakın kral Birinci Matiuş haqqında olan əsərləri də onun uşaqlara qarşı sonsuz sevgisinin məhsuludur. Bu kitablardan ilki olan "Kral Matiuşun sərgüzəştləri" romanının balaca qəhrəmanı vəfat edən atasının taxtına çıxdıqdan sonra bir-birindən maraqlı hadisələrin iştirakçısına çevrilir...