Keçmişdən bu günə

Qouz, Peter. Keçmişdən bu günə. Dünyanın vizual tarixi / P. Qouz ; tərc. ed. E. Bağırova ; elmi red. K. Şükürov. - Bakı : "TEAS PRESS" Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2018. - 76 s.

Bu kitab sayəsində böyük partlayışdan bu günə qədər dünya tarixini illüstrasiyalı xronologiya şəklində öyrənəcəksiniz. Burada dinozavrlardan vikinqlərə, misirlilərdən romalılara, orta əsr cəngavərlərindən səyyahlara qədər tarixin bütün səhifələri qısa şəkildə əks olunur. Böyük sərkərdələr, sənətkarlar, yunan filosofları, ilk yazı nümunələri, qədim Çin sülalələri, Vəhşi Qərb, dünya müharibələri və daha nələr barədə maraqlı faktlardan ibarət kitab praktik məlumat əldə etmək üçün uyğun vəsaitdir.