Gözəgörünməz varlıqlar şəhəri : İkinci kitab. № 2. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2019. - 382 s.
3 sentyabr, 1940-ci il on qəribə uşaq ölüm saçan bədheybətlər ordusundan xilas olmağa çalışır onlara ancaq bir nəfər kömək edə bilər, həmin şəxs isə quş cildindədir Ceykob Portman və onun yeni dostlarının Xanım Pereqrinin qəribə uşaqlar üçün evi ndən başlayan səyahəti dünyanın qəribələr paytaxtı olan Londona qədər uzanır. Onlar Londonda öz sevimli qoruyucuları xanım Pereqrinin dərdinə əlac tapa biləcəklərinə ümid edirlər. Lakin müharibənin viran qoyduğu bu şəhərin hər tinində bir təhlukə ilə qarşılaşırlr. Bu səyahət zamanı Ceykob Portman qəribə uşaqları təhlükəsiz yerə sağ-salamat aparmaqla yanaşı, Emma Bluma qarşı olan hissləri barədə də qəti qərara gəlməlidir. Gözəgörünməz varlıqlar şəhəri oxucuları zəngin telepatiya və zaman çənbəri dünyasına, yeniyetmə qəribələr , qorxunc gözəgörünməzlər, qeyri-adi heyvanlar aləminə aparır. Xanım Pereqrinin qəribə uşaqları seriyasının ilk kitabı kimi, bu ikinci kitab da əvvəllər heç yerdə nəşr olunmamış, həyəcanverici fantaziyalar yaradan vintaj şəkillərlə oxucunu heyrətləndirir.