Rudder, Orlando. Alfred Nobel / O. Rudder ; tərc.ed. S. Budaqlı ; red. E. Astanbəyli ; rəs. E. Cabarov ; dizayn. S. Vəzirova. - Bakı : Altun Kitab, 2020. - 160 s.
Dünyada ən nüfuzlu mükafatı təsis etmiş Alfred Nobel bir bilim adamı kimi tarixin yaddaşında dinamitin ixtiraçısı kimi qalmışdır. O bu ixtirasını 1867-ci ildə patentləşdirmişdi. Düşünürdü ki, dinamit tunellərin və yolların çəkilməsi üçün əvəzsiz partlayıcı vasitə olacaq. Lakin tezliklə dinamit həm də müharibələrdə kütləvi qırğın silahına çevrildi. Öz dövrünün ən zəngin və məşhur iş adamlarından olan Alfredin xarakteri necə olub? Onun elm və biznesdəki misilsiz nailiyyətləri keçdiyi hıəyat yolunun labüd nəticəsi idi, yoxsa?. Sizə tədqim olunan bu kitabda Alfred Nobelin xarakteri, maraqlı faktlar və hadisələrlə zəngin həyatı olduqca axıcı, oxunaqlı dildə təsvir edilir.