Hüqo, Viktor. 93-cü il / V. Hüqo ; uşaq. üçün işl. D. Ramazanlı ; red. S. Budaqlı ; rəs. E. Cabarov. - Bakı : Altun Kitab, 2019. - 128 s.
Dünya ədəbiyyatının görkəmli nümayəndələrindən biri Viktor Hüqo "Səfillər", "Gülən adam", "Notr-Dam kilsəsinin qozbeli" kimi klassikləşmiş əsərlərin müəllifidir. Fransanın siyasi həyatında fəal iştirak edən Hüqo vətənində respublika ideyasının alovlu tərəfdarlarından birinə çevrilmişdi. Çünki bu ideya ölkənin xoşbəxt gələcəyini insanların azad və bərabərhüquqlu yaşamasında görürdü. Hüqo əsərlərində respublikaçılıq uğrunda mübarizəni parlaq şəkildə təsvir edirdi. Onun "93-cü il" romanı da bu qəbildəndir. Əsərin qəhrəmanlarından biri – Lantenak köhnə rejimin (monarxiyanın), qardaşı nəvəsi Simurden isə respublikanın tərəfdarıdır. Roman onların timsalında bu iki ideya arasındakı amansız mübarizədən bəhs edir.