Əlifba-hər birimiz bir şeir
Rahibqızı, Nazilə. Əlifba-hər birimiz bir şeir / N. Rahibqızı ; red. F. Yusifova ; dizayn. A. Nurəliyeva ; rəs. M. Tağıyeva. - Bakı : Ağıllı bala, 2018. - 36 s.
Məktəbəqədər və kiçik məktəbyaşlı uşaqlar üçün nəzərdə tutulmuş bu kitabda əlifbanın bütün hərfləri əyləncəli və maraqlı qısa şeirlərlə təqdim edilib. Hər bir hərfə aid verilmiş rəngli şəkillər uşağın göz yaddaşını, estetik zövqünü, asan əzbərlənən şeirlər isə nitqini inkişaf etdirəcək. Bundan başqa kitabda hər bir hərfin çap və əlyazma forması da təqdim edilmişdir. Ümid edirik ki, böyük sevgi və qayğı ilə hazırlanmış bu kitab balaca oxucularımıza faydalı olacaq.