Uşaqlarla fəlsəfə

Direk, Nuran. Uşaqlarla fəlsəfə / N. Direk ; tərc.ed. N. Zöhrablı ; red. F. Hüseynova ; rəs. F. Aksular. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2016. - 176 s.
Nuran Direk "Uşaqlarla fəlsəfə" kitabında uşaqlara tənqidi düşünməyin imkanlarını təqdim edir, onları bədii mətnlərlə başlayıb fəlsəfi mətnlərə keçərək düşünməyə və fəlsəfi fikirlər yürütməyə çağırır. "Nədən fəlsəfə?" - deyə sual edənlərə cavab isə iki ayrı filosofdan gəlir: "Haqqında suallar verilməyən həyatı yaşamağa dəyməz" - Sokrat. "Fəlsəfəsiz yaşamaq gözünü açmağa çalışmadan gözübağlı yaşamaqdır" - Dekart.