Sapfir qaşlı sancağın tapılması
Stelmaşık, Aqneşka. Sapfir qaşlı sancağın tapılması : Polyak dilindən tərcümə / A. Stelmaşık ; ill. A. Oparkovska ; tərc. ed. V. Mirhaşımova. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2019. - 126 s.
Tomas Oleynik böyük xəfiyyə olmağa qərar verir. Dostları pişik Kiça, dağsiçanı Yevsey və balıq Klotilda ilə birlikdə istintaq bürosu təsis edir. Çox keçmədən ağacdakı evin qapısını ilk müştəri döyür. Bu, zərgər Rubinekdir. Onun dərdi elə-belə iş deyil – kraliça Marişenkanın çox qiymətli sapfir sancağı oğurlanıb. Bəs görəsən, xəfiyyə Tomas Oleynik və onun dostları cinayətkarı tapıb sapfir qaşlı sancağı sahibinə geri qaytara biləcəklərmi? Bunu özünüz oxuyub öyrənəcəksiniz.