Kiçik qəhrəman

Şaiq, Abdulla. Kiçik qəhrəman : hekayələr və təmsillər / A. Şaiq ; tərt.ed.: Ü. Talıbzadə, G. Əsədova ; ill. A. Əmirova ; ön söz A. Ə. Hacıyeva. - Bakı : "TEAS PRESS" Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2018. - 227 s.

Azərbaycan ədəbiyyatı tarixində şair, yazıçı, dramaturq, ədəbiyyatşünas, görkəmli maarif və mədəniyyət xadimi kimi tanınan Abdulla Şaiq Azərbaycan uşaq ədəbiyyatının yaradıcılarından biri, milli uşaq teatrının banisidir. Ömrünü xalqın maariflənməsinə həsr edən yazıçı zəngin bir yaradıcılıq yolu keçərək ən çox uşaqlar və gənclər üçün yazıb-yaratmışdır ki, həmin əsərlər məktəblərdə indi də tədris edilir. "Kiçik qəhrəman" kitabında onun uşaqlar və gənclər üçün yazdığı əsərləri - hekayələri və təmsilləri toplanıb.