Dilotu

Quluzadə, Ələmdar Allahverdi oğlu. Dilotu : Şeirlər / Ə. A. Quluzadə ; red. A. Rüstəmli ; rəs. S. Məmmədov. - Bakı : Ozan, 2009. - 79 s.

Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Ələmdar Quluzadənin poeziyasında uşaq mövzusu aparıcı yerlərdən birini tutur. Müəllif gələcəyimiz olan uşaqları Vətəni, torpağı, ana dilini sevməyə, hadisələrə canlı müdaxilə etməyə, hazırcavab olmağa, təbiəti öyrənməyə çağırır. "Dilotu yemək" canlı danışıqda, xalq deyimlərində çox işlənən ideomatik ifadədir. Adətən çox danışan, tez-tez sual verən, bir az dəcəl uşaqlara - "dilotu yemisən?!" - deyə müraciət edirlər. İnanırıq ki, bu kitabı oxuyan uşaqlar da neçə-neçə sirli-sehirli həyat həqiqətini öyrənəcək, müzakirə, müdaxilə və mübahisədən çəkinməyəcək, bir sözlə, "dilotu yeyəcəklər". Kitab kiçik yaşlı uşaqlar, aşağı və orta yaşlı məktəblilər üçün nəzərdə tutulsa da, onun geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanacağına şübhə etmirik.