Börnett, Frensis Eliza . Balaca Lord / F. Börnett ; red. E. Astanbəyli ; tərc.ed., uşaq. üçün işl. A. Haqverdiyeva ; rəs. E. Cabarov. - Bakı : Altun Kitab, 2020. - 128 s.
Frensis Eliza Börnett İngiltərədə doğulub. Atası dünyasını dəyişdikdən sonra ailəsi ilə birgə ABŞ-a köçüb və yaradıcılığa da burada başlayıb. 1886-cı ildə işıq üzü görən "Balaca lord" romanı Börnettə böyük şöhrət qazandırıb. Belə ki, roman qısa vaxtda dünya uşaq ədəbiyyatının ən yaxşı əsərlərindən biri kimi qəbul olunur. Əsərin qəhrəmanı balaca Sedrikin anası vaxtilə qraf Dorinkortun oğlu kapitan Errol ilə evlənib. Qəddarlığı ilə ad çıxarmış qraf bu evliliyə razı olmadığı üçün oğlunu ailədən uzaqlaşdırıb. Atasını erkən yaşda itirdiyi üçün, demək olar ki, xatırlamayan Sedrik anası və qulluqçu Meri ilə birgə yaşayır. Bir gün Dorinkortun vəkili onların evinə gələrək bildirir ki, Sedrik qrafın yeganə varisidir. Hər şey də məhz bundan sonra başlayır...