Xilaskarlar

Paşayev, Qəzənfər Məhəmməd oğlu. Xilaskarlar / Q. M. Paşayev ; ön söz İ. Ə. Həbibbəyli ; red. N. Q. Cəfərov ; rəy. T. Ə. Bünyadov ; bədii red., tex. red. A. Ələkbərov. - Bakı : Təhsil, 2021. - 136 s.

"Xilaskarlar" əsəri dünya görmüş, dünyanın gedişatını dərindən dərk edən, fikir və mülahizələrini yığcam təhlillər, müqayisələr və canlı həyati misallarla ifadə etməyə qadir, əsərləri ərəb, ingilis, fars, türk, rus dillərində çap olunan, Şərq və Qərb ədəbi-elmi mühitində yaxşı tanınan, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin xalqın tarixi müqəddəratında müstəsna rol oynayan xilaskarlarımız Heydər Əliyev epoxası və İlham Əliyev erasına dair könül çırpıntılarıdır. İnaırıq ki, müəllifin istəyi ilə yazılan, daha çox gələcək nəsillərə ünvanlanan bu yığcam əsər xalqını, dövlətini, vətənini sevən, ürəyi vətənpərvərlik coşqusu ilə döyünən hər bir azərbaycanlının stolüstü kitabına çevriləcək.