Xanlarova, Zivər. Uşaqlara nəyi necə öyrətməli? : Qəbul edək, sevək, dəstək olaq. Lovas metodu / Z. Xanlarova ; rəy. R. Cavadov ; red. Ş. Hətəmova ; bur. məsul Ş. İxtiyaroğlu. - 2-ci nəşr. - Bakı : Qədim Qala, 2021. - 232 s.
İnsan yalnız və yalnız təlim-tərbiyə edilməklə inkişaf edir, Bu baxımdan hər bir uşağın həyatı və inkişafı üçün pedaqoji təlimlər çox mühüm əhəmiyyət kəsb edir. Pedaqogikanın didaktika bölməsi istənilən uşağı həyata hazırlamaq üçün nəyi və necə öyrətməyin yollarını araşdırır. Sağlamlıq imkanları məhdud olan (autizm, daun, oliqofren, PİL) uşaqlara müəyyən bilik və bacarıqları öyrətmək üçün ən effektiv yollardan biri "Lovaas” metodudur. Nəzəri və praktik məlumatlardan ibarət, "Uşaqlara nəyi və necə öyrətməli" adlı bu kitab sağlamlıq imkanları məhdud uşaqların təlim-tərbiyəsi ilə məşğul olan valideyn, müəllim və tərbiyəçilər, habelə bu uşaqlara yardımçı olmaq istəyən hər kəsin istifadəsi üçün nəzərdə tutulub. Kitabda biheviorizm nəzəriyyəsinə əsaslanan ABA sisteminin tərkibinə daxil olan "Lovas" metodu hazır proqram şəklində təqdim edilmişdir. Kitabın müvafiq bölmələri bu metod üzrə təlim qaydalarını konkret nümunələr üzrə addım-addım və anlaşıqlı bir şəkildə əks etdirir. Bundan başqa, kitabın bölmələrində müəyyən ABA texnikaları yer alıb ki, onları yalnız sağlamlıq imkanları məhdud olan uşaqların deyil, istənilən uşağın təlim-tərbiyəsi zamanı düzgün davranışların formalaşdırılması üçün tətbiq etmək olar.