Şave, Olav. Super öyrənci / O. Şave ; red.: İ. Musalı, C. Həşimov ; tərc ed. L. Həsənli ; dizayn. L. Məmmədli. - Bakı : Altun Kitab, 2023. - 224 s.
Kitabın müəllifi Olav Şeve, özünün yazdığı kimi, aşağı siniflərdə xüsusi bacarığı ilə seçilən şagird olmayıb. Bununla belə, universitetə daxil olarkən imtahan göstəricilərinə görə, dünya üzrə ilk onluğa daxil olub. Ona görə də Şevenin belə bir kitab yazmasını və "Super öyrənci"nin onlarla dilə tərcümə olunmasını təsadüf saymaq olmaz. Əslində, bu kitab həm də öyrənməyi öyrənmək haqqındadır. Effektli öyrənmək üçün insan ilk növbədə özünə- öz xarakteri və intellektinə bələd olmalı, lazım gələrsə, onu dəyişdirməyi bacarmalıdır. Yaddaşın gücləndirilməsi, qeyd aparma üsulları, təhsildə motivasiya, imtahan prosesindəki psixoloji məqamlar və "hiyləgərliklər" haqqında danışan müəllif dünya şöhrətli pedaqoqların araşdırmalarına da istinad edir. Belə bir fikir var ki, imtahanlarda qazanılan yüksək qiymətlər heç də həmişə insanın həyatda uğurunu təmin etmir. Müəllifin fikrincə isə, təhsildə uğur qazanmaq üçün atılan addımlar insanın gələcək həyatında olan vacib keyfiyyətləri formalaşdırır. Ona görə də bu kitabı oxumağa dəyər.