Bakuvi, Seyid Yəhya. Əsraru Talibin və ya həqiqət yolçularının sirləri / S.Y Bakuvi ; naşir E. Məmmədov ; tərc. ed. C. Həsəsnov ; dizayn. Ə. Zaliyev ; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. - Bakı : Aspoliqraf, 2022. - 184 s.
Azərbaycanın dünyaca məşhur övliyası və İslamda ən böyük sufi təriqətinin banisi Seyyid Yəhya Bakuvinin dövrümüzədək bir neçə möhtəşəm əsəri gəlib çıxmışdır. Əlinizdəki əsər təsəvvüf dairələrində ən çox oxunan və bugünədək saysız-hesabsız təsəvvüf məktəblərində praktiki və nəzəri cəhətdən istifadə edilən əsərdir. Əsraru talibin əsərində İslamın həqiqətləri açıqlanmaqla bərabər, təsəvvüfün əsasları və xəlvətiyyə təriqətinin inanc sistemi izah edilmişdir. Əsər kəlimeyi-tövhidin hərflərinin sayına uyğun olaraq 24 fəslə ayrılmışdır. Hər fəsildə təriqət yolunun sirləri açıqlanmış və bu yolda irəliləməyin düsturu verilmişdir. Seyyid Yəhya Bakuvi hər hansı bir mövzunu izah edərkən əvvəlcə Quran nuruyla, daha sonra hədis işığıyla, yeri gəldikcə övliyaların və İslamın dahi şəxslərinin hikmətli sözlərinin ziyasıyla əsərə xüsusi rəng qatmışdır.