Savaşımın 60 anı : Biblioqrafik kitab

Quliyev, Fərəc İbrahim oğlu. Savaşımın 60 anı : Biblioqrafik kitab / F. İ. Quliyev ; red. R. Oday ; dizayn. M. Quliyev. - Bakı : Davam, 2022. - 608, [112] s. 

"Savaşımın 60 anı" kitabı - dəyərli şəxsiyyət, tanınmış ictimai-siyasi xadim, vətənini, millətini canı, qanı qədər sevən, türkçülük ideologiyasının daşıyıcısı, istiqlalçı fədai, Bütöv Azərbaycan, Turan sevdalısı, millətinin azadlığını, dövlətinin müstəqilliyini hər şeydən öndə görən Fərəc Ulusoyun ömür-gün yoluna, ictimai-siyasi fəaliyyətinə güzgü tutacaq mahiyyətdə biblioqrafik əsərdir. Kitabın həyata vəsiqə qazanması Fərəc bəyin 60 illik yubileyinə təsadüf edir. Bu ömür kitabı qılınc və qələmlə aparılan bir mübarizə dastanıdır. Fərəc bəyin həyatı gənc nəslə örnəkdir. Onun fıaliyyəti, təbii ki, cild-cild kitablara sığmaz. Biz inanırıq ki, bütün məsələlərə vətən sevgisi və vətəndaşlıq qayəsi ilə yanaşan belə bir dəyərli ziyalının, odlardan, alovlardan keçmiş həyat yolu haqqında, bu kitabda toplanmış təklifləri, digər əsərlərindəki yeni konseptual yanaşmalar haqqında bundan sonra da çoxlu kitablar və elmi-siyasi məqalələr yazılacaqdır.