Akan, Erhan. Səlcuqlu Arslanı / E. Akan ; red. E. Başkeçid ; tərc ed . E. Astanbəyli ; rəs. E. Cabarov ; dizayn. L. Məmməd . - Bakı : Altun Kitab, 2023. - 240 s.
Erhan Akhan (1971) 2013-cü ildən bədii yaradıcılıqla məşğuldur. Onun xüsusilə tarixi mövzuda yazdığı romanları son illərdə Türkiyədə ən çox oxunanlar siyahısındadır. Akhanın "Səlcuqlu Arslanı" romanı da bu qəbildəndir. Anadolu Səlcuqlu ordusu 1243-cü ildə baş verən məşhur Kösədağ döyüşündə monqollara məğlub olur. Bundan sonra monqolların Anadoluda böyük talanı başlayır. Çingiz xanın amansızlığı ilə ad çıxaran oğlu Buka (Buğa) Noyon isə Anadolu Səlcuqlu dövlətinin ən qüdrətli cəngavəri sayılan Arslan bəyin arxasınca düşür. Bir-birindən maraqlı hadisələrlə müşayiət olunan bu təqib Macarıstana qədər uzanır...