Bezmən, Nərmin. Qurd Seyid və Şura : roman / N. Bezmən ; türk dil. tərc.ed. H. Cabbarlı. - Bakı : TEAS PRESS Nəşriyyat evi, 2020. - 660 s.
Krımda varlı bir ailədə dünyaya gələn, hərbi məktəbi bitirəndən sonra çar II Nikolayın mühafizə alayında xidmət edən və xoşbəxt ömür yaşayan gənc zabit Qurd Seyid musiqili gecələrin birində məşhur bir ailənin 15 yaşlı qızı gözəl Şuraya vurulur. Ancaq bu böyük məhəbbət görünməmiş sınaqlara məruz qalır. Əvvəlcə müharibə, sonra qanlı inqilab... Bunlar da azmış kimi Seyidin atası, istefada olan zabit və tanınmış mülkədar Məhməd Eminov da bu izdivacın əleyhinə olur. Bolşevik inqilabından sonra ailəsindən ayrılıb Türkiyəyə qaçmağa məcbur olmuş Seyidi tək buraxmayan Şura onun arxasınca gedir. Onlar uzun müddət İstanbulda birgə yaşayırlar. Qəriblikdə başlarına gələn dəhşətli hadisələrə, bütün çətinliklərə bir-birlərinə olan sonsuz istəyin gücünə sinə gərə bilən bu iki gəncin çılğın məhəbbəti yenidən həyat burulğanında sınaqlarla üz-üzə gəlir. Onların arasında qısqanclıq zəminində yaranan soyuqluqla Seyidin türk gözəli Mürvətlə rastlaşması eyni vaxta təsadüf edir və... Bu romanda hər şey var: xoşbəxtlik və səadət, əsl məhəbbət və hicran, müharibə və inqilab, qan-qada və dinclik, qəriblik və həsrət, bəxtəvər həyat və yaşamaq uğrunda mübarizə... Bu əsər gerçək həyat dastanı və təlatümlü bir dövrün salnaməsidir...