Hüseynov, Arif Şahbaz oğlu. Qarabağnamə - Tarixin səhifələri : Sənədli-bədii qrafika sərgisi / A. Ş. Hüseynov ; naşir T. Axundov ; tərt.ed. A. Hüseynov ; bədii red., tex. red. A. Ələkbərov ; dizayn. S. Məmmədova ; red.: E. Əzizova, S. Nuruqızı ; Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi. - II nəşr. - Bakı : "Təhsil" , 2021. - 200 s.
Azərbaycan Xalq rəssamı, günümüzün ən məşhur rəssam-qrafiklərindən biri, ictimai xadim və müxtəlif bədii müsabiqə, baxış və sərgilərin təşkilatçısı Arif Hüseynov Qarabağ və bütövlükdə Azərbaycanın taleyindən, bu diyarın həyatının müxtəlif tərəflərindən və tarixi faktlardan bəhs edən sənədli-bədii qrafika janrında işlənmiş "Qarabağnamə - tarixin səhifələri" adında silsilə - 45 tablo üzərində torpaqlarımızın və mədəniyyətimizin keçmişi, bu günü və gələcəyi haqqında epopeya yaratmışdır. Burada əfsanəvi generallar, memarlıq abidələri, xanəndə və aşıqların portretləri, tarixi şəxsiyyətlərin obrazları, Azərbaycan tarixinin bir çox hadisələri və faktları haqqında təsvirlər yer almışdır.