Şıxlinskaya, Aysel. Qanadsız mələk : Sevgi romanı / A. Şıxlinskaya ; rəs. A. Şıxlinskaya. - Bakı : TEAS PRESS Nəşriyyat evi, 2022. - 372 s.
Aysel Şıxlinskaya:... Yerimizdən qalxıb qapıya tərəf addımladıq. Qapının ağzında dar pilləkənlərdə dayandıq. Çölü içəridən cəmi dörd-beş addım ayırsa da, bir anda bütün səslər kəsildi. Külək başımızın üstündə yanıb-sönən zəif işıqlı lampanı astaca yellədirdi. Paslanmış lampanın çıxardığı cıqqıltı səsi sakitliyi pozan yeganə səs idi...Yanaşı durmuşduq. Bir az əvvəl susmayaraq danışıb-gülən insanlar indi bir-birinə deməyə nəinki söz tapmır, hətta bir-birinin üzünə də baxa bilmirdi. İkimiz də qaranlıq, boş küçəyə, yağan yağışa baxırdıq. Danışmırdıq..." ... "Qanadsız mələk" həssas qəlbləri titrədəcək bir sevgi romanıdır.