Qan içində işıq

Məmmədova , Güllü Mehdi qızı. Qan içində işıq : tarixi sənədli roman / G. Məmmədova ; dizayn. M. Əliqızı. - Bakı : Zərdabi Nəşr MMC, 2024. - 464 s.

Yazıçı Güllü Məmmədovanın “Qan içində işıq” romanı Azərbaycanın birləşmiş Türk-Azərbaycan hərbi qüvvələri tərəfindən azad edilməsi kimi hadisələrin təsvirinə verilmiş real qiymətlə yanaşı, xilaskar Türk ordusunun və Türk əsgərlərinin şanlı obrazının Azərbaycan ədəbiyyatında yaradılmasının parlaq nümunəsidir.G.Məmmədova Qafqaz İslam Ordusunun əfsanəvi qəhrəmanlarından biri olan Nuri Paşanın və əsgərlərinin ölümsüz xatirəsinə həsr etdiyi “Qan içində işıq” romanının janrını bir müəllif olaraq “tarixi-sənədli roman” kimi dəyərləndirib. Romanda tarixi şəxsiyyətlərin, onların həyat və fəaliyyətinin təsviri, əsərdə təsvir edilən hadisələrin tarixi hadisələrlə bağlı olması məhz əsərdən tarixi roman kimi danışmağa əsas verir. Sovet dövründə cinayətləri bizə məlum olmayan, bir qəhrəman kimi bizə təqdim edilən Şaumyanın, millətimizin düşməni Leninin Azərbaycanı işğal etmək üçün apardıqları müharibə, türk ordusunu məhv etmək üçün birləşən xarici qüvvələrin məğlubiyyəti və qazanılmış tarixi zəfər oxucuya o illərin mənzərəsini təfsilatı ilə çatdırır. "Qan içində işıq" romanı Bakının işğaldan azad edilməsinin 100 illiyinə töhfədir.