Rəsulov, Mehman. Payız adamı : Şeirlər / M. Rəsulov ; ön söz Ə. Qurbanlı. - Bakı : TEAS PRESS Nəşriyyat evi, 2019. - 100 s.
Özünü tapmış hər bir şairin öz yaradıcılıq üslubu olduğundan onun şeirini oxuyanda müəllifini təxmin etmək çətin olmur. Övlad valideyninə oxşadığı kimi, əsərid də çox vaxt müəllifinə bənzədirlər. Mehman Rəsulov da bu mənada öz əsərlərinin atasıdır. Bu səbəbdən mövzuya poetik yanaşması onun bir fərd kimi dünya hadisələrinə münasibətinin eynisi kimi ortaya çıxır. Əlinizdəki kitabın ön sözü tənqidi məqalə və ya təhlil xarakterli yazı olmadığı üçün xırda detallara varmağa lüzum görmürəm. Sadəcə, bunu demək kifayətdir ki, Mehman nə dediyini, niyə dediyini yaxşı bilən şairlərdən, sözlə yaxşı rəftar etməyi bacaran söz adamlarındandır.