Natəvan, Xurşidbanu. Neçin gəlməz / X. Natəvan ; naşir T. B. Axundov ; rəy. R. Kərimov ; tərt.ed, red., ön söz M. Ş. Çəmənli ; dizayn. M. Sadıqzadə. - Bakı : "Təhsil" , 2022. - 288 s.
El içində "Xan qızı" kimi tanınan Xurşidbanu Natəvan XIX əsr Azərbaycan ictimai-siyasi həyatında, ədəbiyyatında, mədəniyyətində, təsviri incəsənətində özünəməxsus iz qoymuş görkəmli şəxsiyyətlərdən biridir. Xurşidbanu Natəvan dəfələrlə işıq üzü görmüş əsərlərinin əvvəlki nəşrlərindəm fərqli olaraq bu dəfə yeni tərtib əslində kitab içində bir kitabdır. Bu topluya istedadlı şairənin şeirləri və öz əli ilə çəkdiyi rəsmləri ilə yanaşı, həyatından maraqlı əhvalatlar, müasirlərinin, eləcə də Natəvan sevərlərin onun haqqında dəyərli xatirələri, məqalələri toplanmışdır. Kitaba müxtəlif şairlərin X.Natəvana həsr etdikləri şeirlərdən nümunələr, görkəmli heykəltaraş və rəssamların yaratdıqları heykəl və tabloların reproduksiyaları da daxil edilmişdir.