Mir Möhsün Nəvvabın silah kolleksiyası və Şuşada silah istehsalı

Əhmədov, Səbuhi Fuad. Mir Möhsün Nəvvabın silah kolleksiyası və Şuşada silah istehsalı = Weapons collection of Mir Mohsun Nevvab and manufacture of weapons in Shusha : Kitab-kataloq / S. Əhmədov ; elmi red. N. M. Vəlixanlı ; tərc.ed. E. Bağırov ; dizayn N. Novruzov ; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Azərbaycan Tarixi Muzeyi. - Bakı : Təhsil, 2022. - 105 s.

 "Şuşa ili" çərçivəsində hazırlanmış "Mir Möhsün Nəvvabın silah kolleksiyası və Şuşada silah istehsalı" kitab-kataloqu Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam, astronom, ədəbiyyatşünas, tarixçi və musiqişünas, XIX əsrin ensiklopedist alimi Mir Möhsün Nəvvab-Qarabağın (1833-1918) indiyədək məlum olmayan irsinə -topladığı Azərbaycan silahları kolleksiyasına həsr olunub. Kolleksiya muzeyə 1940-cı ildə alimin oğlu Mirişağa Ağamirov tərəfindən təqdim edilmiş, indiyədək araşdırılmamışdır. Tarixçi Səbuhi Əhmədovun tədqiqatları nəticəsində kolleksiyanın tarixi, ona daxil olan silahların tərkibi, növləri və əhəmiyyəti müəyyən edilmişdir.Belə fərziyyə irəli sürülmüşdür ki, batal (hərbi) sujetlərdə rəsmlər çəkən, öz dövrü üçün qabaqcıl, mütərəqqi mövqelərdə durmuş M.M. Nəvvab rəsmlərində silahları naturadan çəkmək üçün silah kolleksiyasını toplamışdır. Kitab-kataloq tarixçilər. sənətşünaslar, rəssamlar, Azərbaycan hərb tarixi və incəsənət tarixi ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.