İşiquro, K. Məni heç vaxt tərk etmə: roman / Kazuo İşiquro; ingilis dil. tərc. ed. İ. Əkbər; diz. S. Ələkbərova. - Bakı: Teas Press, 2017. - 348 s. - (Top - 10 Bestsellerlər arasında).
Bu romanı təxminən 30 yaşlarında olan Keti adlı gənc qadının xatirələri əsasında yazılıb. Onun uşaqlığı və yeniyetməliyi Heylşemdəki qeyri-adi internat məktəbində keçib. Hadisələr XX əsrin sonlarında, insanların orqan transplantasiyası əməliyyatları üçün canlı donor kimi klonlaşdırılıb yetişdirilməsinin geniş vüsət aldığı illərdə baş verir. Keti və onun internatdakı dostları məhz belə donor rolunda çıxış etməyə əla namizədlər sayılır. Onlar donor olana qədər müəyyən müddət “köməkçi” rolunda çıxış etməyə, artıq donor olmuş adamların qayğısına qalmağa məhkumdur. Adi insan həyatının ümumiləşdirilmiş metaforası kimi düşünülən romanda məhəbbət, tale, ruh azadlığı məsələləri ön plana çəkilib. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.