Abdullaoğlu, Rövşən. Ləpirçi : Mən yeməli deyiləm / R. Abdullaoğlu ; burax .məsul Ş. İxtiyaroğlu ; red. S. Məmmədova ; rəs. R. Həsənzadə. - 4-cü nəşr. - Bakı : Qədim Qala, 2023. - 312 s.
“Ləpirçi” silsiləsi Afrika tayfalarının gizli və aşkar düşmənlərindən, böyük bir materikin taleyini dəyişməyə cəhd edən cəsur və mərd insanların mübarizəsindən danışır. Bu kitablar, eyni zamanda oxucunu müxtəlif Afrika tayfalarının qədim mədəniyyəti, inanc və əfsanələri, insanla təbiətin əsrarəngiz rabitəsi ilə də tanış edəcək; həyat fəlsəfəsi, yaradılış, insan və cəmiyyətin psi¬xologiyası ilə bağlı mühüm suallara aydınlıq gətirəcək. Silsilənin ilk kitabı olan “Mən yeməli deyiləm” Afrika xalqları arasında ən çox zülmə məruz qalmış tayfalardan biri olan piqmeylərdən bəhs edir. Digər tayfaların bir heyvan kimi ovlayıb yediyi bu insanlar daha sonra yerlilərlə yanaşı, həm də ağ¬də¬rili istilaçılar tərəfindən hər cür təcavüzə məruz qaldılar. Dünyanın ən qısaboy xalqı olan piqmeylər XX əsrin əvvəllərində Avropa və Amerika heyvanxanalarında “təkamülü tamamlanmamış insan” adı ilə canlı eksponat kimi qəfəsdə saxlanılırdılar. Yumruq boylu insanların talelərini dəyişmələri üçün qarşılarında duran ən mühüm sual bizi, bəlkə də, heç vaxt düşündürməyib: insan olduğunu isbat etməyin bir yolu varmı?